Logo

“Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili” mövzusunda məlumat sessiyası olacaq

05.03.2024 19:00 170 baxış
IMG

Martın 6-da “2022-2026 Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsilinə dair canlı məlumat sessiyası keçiriləcək.

Dövlət Proqramı İdarəetmə Qrupundan "Tehsil.biz"ə bildirilib ki, məlumat sessiyasında proqrama dair ətraflı məlumat verilərək izləyiciləri maraqlandıran suallar cavablandırılacaq.

“Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili” mövzusunda keçiriləcək sessiya saat 16:00-da Dövlət Proqramının rəsmi instaqram səhifəsində yayımlanacaq.

Xəbər lenti