Logo

DİM-in fevral ayında göstərdiyi xidmətlərin statistikası açıqlanıb

04.03.2024 19:14 135 baxış
IMG

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən fevral ayında göstərilmiş xidmətlərin statistikası açıqlanıb.

DİM-dən "Tehsil.biz"ə bildirilib ki, fevral ayında keçirilmiş imtahanlarda 25 min 946 nəfər iştirak edib. Mərkəzin elektron xidmətlərindən istifadə sayı 1 milyon 357 min 153 olub. Fevral ayı ərzində 2343 vətəndaş qəbul edilib.

Beynəlxalq imtahanlarda 63 nəfər iştirak edib. Çağrı Mərkəzi vasitəsilə 8972, elektron poçt vasitəsilə 1600-ə yaxın, sosial şəbəkələr vasitəsilə 1500-ə yaxın müraciət cavablandırılıb. Çatbota daxilolma sayı 8485 olub. Abituriyent məsləhət mərkəzlərinə 475 müraciət daxil olub.

Xəbər lenti