Logo

ADPU STEAM Mərkəzinin komandası “Robotex Azərbaycan”da I yerə çıxıb - FOTO

04.03.2024 15:11 197 baxış
IMG

“Robotex Azərbaycan Avrasiya Çempionatı”nda Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) STEAM Mərkəzinin komandası I yerə çıxıb

ADPU-dan "Tehsil.biz"ə bildirilib ki, STEAM Mərkəzinin müəllimi Xumarə Qəhrəmanlı və onun mentorluğu ilə universitetin tələbələri iki kateqoriyada yarışıblar. Qızlar kateqoriyasında “ADPU Girls” komandasında Riyaziyyat fakültəsinin IV kurs tələbəsi Tamara Manaflı və ADPU-nun məzunu Türkanə Qəhrəmanlı I yerə layiq görülüblər. Yaşıl sahibkarlıq kateqoriyasında “Azirrigation” komandasından ADPU-nun riyaziyyat və informatika müəllimliyi ixtisasının “SABAH” qrupları üzrə V kurs tələbəsi Elmira Poladova isə III layiq görülüb.

Hər iki komanda aprel ayında Türkiyənin Antalya şəhərində keçiriləcək “Robotex Türkiyə Çempionatı”nda iştirak hüququ qazanıb.

Xəbər lenti