Logo

"28 mindən çox şagird Rəqəmsal Gələcəyə Addım Müsabiqəsinə cəlb edilib"

04.03.2024 14:16 520 baxış
IMG

"Ölkədə gedən rəqəmsallaşma tədbirlərinin tərkib hissəsi kimi təhsil sistemində informasiyalaşdırılması da əsas istiqamətlərdən biridir. Bununla bağlı olaraq artıq bir neçə ildir ki, davam edən Rəqəmsal Gələcəyə Addım Müsabiqəsi təşkil edilir".

Bu sözləri "Tehsil.biz"ə açıqlamasında Məktəbəqədər və Ümumitəhsil üzrə Dövlət Agentliyinin sektor müdiri Nilufər Rəhimova deyib.

O bildirib ki, müsabiqə ümumtəshil müssisələrində təhsil alan 5-9-cu siniflər üzrə cari tədris ilində təşkil olunub:

"28 mindən çox şagird bu müsabiqəyə cəlb olunub. Onlardan 132 nəfər finalçıdırlar. Onlar bu gün burada Heydər Əliyev Mərkəzinin dəstəyi ilə keçirilən final mərhələsində yarışırlar. Yaxın saatlarda tədbirin rəsmi hissəsində müsabiqənin qalibləri müəyyən olunacaq".

Kənan Nağıbəyli

Xəbər lenti