Logo

Elm və Təhsil Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb

04.03.2024 13:22 122 baxış
IMG

Martın 1-də Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında 2024–2026-cı illər üçün “Stipendium Hungaricum” proqramı çərçivəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Tehsil.biz xəbər verir ki, memorandum elm və təhsil nazirinin müavini Həsən Həsənli və Macarıstanın təhlükəsizlik siyasəti və enerji təhlükəsizliyi üzrə dövlət katibi Peter Staray tərəfindən imzalanıb.

Memoranduma əsasən, “Stipendium Hungaricum” proqramı çərçivəsində Macarıstanda macar və ya xarici dildə təhsil almaq üçün Azərbaycan Respublikasının vətəndaşlarına illik 200 təqaüdün ayrılması nəzərdə tutulub. Bununla yanaşı, Azərbaycan tərəfi Macarıstan vətəndaşlarına ölkəmizin ali təhsil müəssisələrində Azərbaycan, ingilis və ya rus dilində təhsil almaq üçün hər il 10 təqaüd ayırır.

Qeyd edək ki, Anlaşma Memorandumunun məqsədi uzunmüddətli perspektivdə iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinə dəstək göstərmək, bununla da biliklərə əsaslanan cəmiyyətin inkişafına və ali təhsil sahəsində faydalı əməkdaşlığa töhfə verməkdir.

Xəbər lenti