Logo

“Crew Dragon” kosmik gəmisi BKS-ə buraxılıb

04.03.2024 12:27 154 baxış
IMG

“SpaceX”dən ABŞ-nin kosmik gəmisi “Crew Dragon” Beynəlxalq Kosmik Stansiyaya (BKS) buraxılıb.

"Tehsil.biz"in məlumatına görə, yayım ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) saytında aparılıb.

“Crew Dragon” kosmik gəmisi ilə birlikdə “Falcon-9” daşıyıcı raketi yerli vaxtla saat 22:53-də (Bakı vaxtı ilə 07:53) Con Kennedi Kosmik Mərkəzindən (Florida) buraxılıb. “Crew Dragon”un orbital stansiya ilə birləşməsinin martın 5-də baş tutacağı gözlənilir. Kosmik gəminin buraxılışı əlverişsiz hava şəraiti səbəbindən dəfələrlə təxirə salınıb.

Xəbər lenti