Logo

Türk dövlətlərinin iqtisadi siyasət araşdırma mərkəzləri şəbəkəsinin növbəti toplantısı keçirilib

04.03.2024 12:04 144 baxış
IMG

Türk Dövlətləri Təşkilatı Katibliyinin dəstəyilə Beynəlxalq Türk Akademiyası tərəfindən Türk dövlətlərinin rəsmi iqtisadi siyasət araşdırma mərkəzləri şəbəkəsinin (ERCNET) növbəti toplantısı keçirilib.

Bu barədə "Tehdil.biz"ə Beynəlxalq Türk Akademiyasından məlumat verilib.

Onlayn formatda keçirilən görüşdə Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev, vitse-prezidentləri Erhan Türbedar və Aşat Kəsikbayev, eləcə də Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Macarıstanın iqtisadi siyasət araşdırma mərkəzlərinin rəsmiləri və ekspertləri iştirak ediblər.

Toplantını açan akademik Şahin Mustafayev 2023-cü ildə dərc edilmiş “Türkiyə iqtisadiyyatı: rəqəmsal ticarət və investisiya” hesabatının yüksək qiymətləndirildiyini bildirib və hesabatın hazırlanmasında əməyi olan iştirakçılara təşəkkür edib. Akademik deyib ki, bu tematik tendensiyalar türk dövlətlərinin inteqrasiyasında mühüm rol oynayır. O, bugünkü təkliflərin qardaş ölkələrin iqtisadiyyatına müsbət təsir göstərəcəyinə inamını ifadə edib.

İclas iştirakçıları Beynəlxalq Türk Akademiyasının təşəbbüsü ilə ötən il yaradılmış ERCNET platformasının 2023-cü il üzrə fəaliyyət göstəriciləri və builki fəaliyyət planını müzakirə edib, 2024-cü il Türkiyə iqtisadiyyatı hesabatının hazırlanması ilə bağlı təkliflərini səsləndiriblər.

Xəbər lenti