Logo

“Analitik kimya” adlı dərs vəsaiti çapdan çıxıb

04.03.2024 10:28 170 baxış
IMG

Kimya üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) dosenti Ülviyyə Abasquliyevanın “Analitik kimya” adlı dərs vəsaiti Elmi şuranın qərarı ilə çapdan çıxıb.

Tehsil.biz xəbər verir ki, bu barədə AZƏRTAC-a kitabın elmi redaktoru ADPU-nun Analitik və üzvi kimya kafedrasının müdiri professor Əli Zalov bildirib.

Onun sözlərinə görə, dərs vəsaitində analitik kimyanın mahiyyəti və nəzəri əsasları, homogen və heterogen sistemlərdə kimyəvi tarazlıq, hidroliz prosesləri və amfoterlik, oksidləşmə-reduksiya və kompleksəmələgəlmə prosesləri, qravimetrik və titrimetrik analiz, çökdürmə və kompleksəmələgətirmə haqqında ətraflı məlumat verilib. Dosentlər Polad Məmmədov və Kərim Quliyevin rəy verdikləri dərslikdə hər bir analiz üsuluna aid təcrübi və laboratoriya işləri də yer alıb.

“Kitab kimya, biologiya və geologiya ixtisaslarında oxuyan tələbələr, doktorantlar, müəllimlər və elmi işçilər üçün çox dəyərli mənbədir”, - deyə Ə.Zalov bildirib.

Xəbər lenti