Logo

Ötən ay BŞTİ-yə 10 min 600-dən çox müraciət daxil olub

04.03.2024 09:39 139 baxış
IMG

Fevral ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 10 min 616 müraciət daxil olub. Bu müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.

BŞTİ-dən "Tehsil.biz"ə bildirilib ki, Çağrı Mərkəzinə (146-1 nömrəli) 6 926 zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzinə 1687 müraciət daxil olub.

Təhsil İdarəsinə 1501 sənəd (vətəndaşlar tərəfindən 290 ərizə, Elm və Təhsil Nazirliyindən 233, digər qurumlardan 279, tabelikdə olan təhsil müəssisələrindən 508 məktub və 191 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 502 elektron müraciətə baxılıb.

Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydaları, məktəbəqədər təhsil müəssisələrinə qəbul, şagird yerdəyişməsi, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, işə qəbul və digər məsələləri əhatə edir.

Xəbər lenti