Logo

Gənc qiraətçilər “Canlı klassika” beynəlxalq müsabiqəsində çıxış ediblər - FOTO

03.03.2024 21:56 146 baxış
IMG

Xaçmaz şəhərindəki “Yay məktəbi” rus dili resurs mərkəzində “Canlı klassika” beynəlxalq gənc qiraətçilər müsabiqəsinin beşinci regional mərhələsi keçirilib.

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən (RİMM) "Tehsil.biz"ə bildirilib ki, beşinci mərhələ Bakıdakı Rus evinin və Azərbaycanın Rusdilli Tədris Müəssisələrinin Müəllimləri Assosiasiyasının dəstəyi ilə keçirilib.

Gənc qiraətçilər Rusdilli Tədris Müəssisələrinin Müəllimləri Assosiasiyasının sədri Lyubov Yakunina, Azərbaycanın Gəncə şəhəri və Qərb regionu Rus İcmasının sədri Dmitri Kozin, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Rus Gəncləri Assosiasiyasının İdarə Heyətinin üzvü Lalə Həsənovanın da daxil olduğu Münsiflər heyətinin qarşısında rus və sovet müəlliflərinin əsərlərini oxuyublar.

Layihənin təşkilatçısı “Canlı klassika” fondu, Azərbaycandakı kuratoru isə Azərbaycanın Rus Gəncləri Assosiasiyasıdır.

Xəbər lenti