Logo

Şəki-Zaqatala bölgəsinin məktəbliləri fənn müsabiqələrinin rayon (şəhər) mərhələsində biliklərini sınayıblar

03.03.2024 18:39 181 baxış
IMG

Martın 3-də Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan V, VI və VII sinif şagirdlərinin iştirak etdiyi Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasının və Məktəblilərarası fənn müsabiqələrinin rayon (şəhər) mərhələsi keçirilib.

Bu barədə "Tehsil.biz"ə Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, şimal-qərb bölgəsi üzrə 14 mərkəzdə təşkil olunan imtahanlarda 3879 şagird iştirak etmək hüququ qazanıb.

Regional İdarədən verilən məlumata görə, 2023–2024-cü tədris ilində VI-VII sinif şagirdləri arasında keçirilən fənn müsabiqələrinin təşkili və keçirilməsi qaydalarında dəyişikliklər edilib. Belə ki, VI sinif şagirdləri üçün müsabiqələr riyaziyyat, informatika və təbiət fənləri, VII sinif şagirdləri üçün isə riyaziyyat, fizika, kimya və biologiya fənləri üzrə təşkil olunub. Bununla yanaşı, fənn müsabiqələrində şagirdlərə təqdim edilən məntiq bloku ləğv olunub. Belə ki, iştirakçılar sadəcə müvafiq fənn üzrə tapşırıqları həll ediblər. Müsabiqənin iki mərhələsi qapalı test tapşırıqları formatında, final mərhələ isə açıq tipli tapşırıqlardan ibarət olacaq.

Eyni zamanda, V sinif şagirdləri üçün keçirilən Lütfi Zadə adına məntiq olimpiadası cari tədris ilindən “Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası” adlandırılıb və şagirdlərə bu istiqamətdə müvafiq tapşırıqlar təqdim olunub.

Xəbər lenti