Logo

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri ADAU-da - FOTO

02.03.2024 21:33 274 baxış
IMG

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin "Kompüterlərin təmiri və texniki xidməti üzrə usta" qrupunun tələbələri Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) ekskursiyada olublar.

Bu barədə "Tehsil.biz"ə ADAU-dan məlumat verilib.

Bildirilib ki, ekskursiyanın məqsədi tələbələrdə qeyri-neft sektoruna olan marağının artırılması və gələcəkdə növbəti təhsil pilləsinə ixtisas seçimini düzgün istiqamətləndirməkdən ibarət olub.

Ekskursiya ilk olaraq universitetin korpusları ilə tanışlıqla başlayıb. Hər bir korpusun maddi-texniki bazası, tədris - təcrübə imkanları və fakültələrin beynəlxalq əlaqələri barədə ətraflı məlumat verilib.

Sonda isə tələbələrin sualları cavablandırılıb.

Xəbər lenti