Logo

SDU-da Orta Doğu Texniki Universitetinin müəllimlərinin dərslərinə start verilib - FOTO

02.03.2024 20:27 184 baxış
IMG

Martın 1-i Sumqayıt Dövlət Universitetində SABAH.Academy-nin təşkilatçılığı ilə həyata keçirilən “Əsaslı Dizayn metodu ilə Sahibkarlıq və Yeni Biznesin İnkişafı” adlı proqrama start verilib.

Bu barədə "Tehsil.biz"ə SDU-dan bildirilib.

İlk dərs günü Orta Doğu Texniki Universitetinin (OTDÜ) müəllimi və Viveka şirkətinin həm-təsisçi və təlim koordinatoru Emin Okutan "Sahibkarlığa Giriş və İdeyaların Yaradılması" mövzusunda tələbələrlə müzakirələr aparıb.   

Qeyd edək ki, “Əsaslı Dizayn metodu ilə Sahibkarlıq və Yeni Biznesin İnkişafı” Proqramı Sumqayıt Dövlət Universitetinin II və III kurs tələbələri üçün nəzərdə tutulmuşdur. Proqramın əsas məqsədi tələbələrdə sahibkarlıq və məhsul inkişafı üçün vacib olan hərtərəfli bacarıqları formalaşdırmaq və inkişaf etdirməkdir. Proqram çərçivəsində hər həftə Türkiyə Respublikasının aparıcı ali təhsil müəssisələrinin, innovasiya mərkəzlərinin mütəxəssisləri tərəfindən dərslər keçiriləcəkdir.

Xəbər lenti