Logo

1 ay əvvəl itkin düşən şagirdin meyiti tapıldı

07.04.2021 16:46 237 baxış
IMG

Mingəçevir şəhərində bir ay əvvəl itkin düşən 16 yaşlı oğlanın meyiti tapılıb.

 

Tehsil.biz “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu gün səhər saat 6-7 radələrində polis əməkdaşları tərəfindən Kür çayının sahilində meyit tapılıb. Araşdırma zamanı meyitin 16 yaşlı Abbasov Ruslan Məhərrəm oğluna məxsus olduğu müəyyən edilib.

 

İlkin məlumata görə, onun intihar etdiyi ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.

 

Xatırladaq ki, Mingəçevir şəhər 9 saylı orta məktəbin 10-cu sinif şagirdi olan Ruslan Abbasov martın 4-də itkin düşmüşdü.

Xəbər lenti