Logo

Musiqi məktəbinin sazçalanlar ansamblı Gəncə Dövlət Filarmoniyasının səhnəsində çıxış ediblər - FOTO

02.03.2024 15:31 215 baxış
IMG

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası, Mədəniyyət Nazirliyi, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi və Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə keçirilən "Musiqi kimliyimiz" layihəsinin ikinci günündə Gəncə Dövlət Filarmoniyasının Urban Mərkəzində konsert proqramı təşkil olunub.

Filarmoniyadan "Tehsil.biz"ə bildirilib ki, konsertdə Gəncə şəhər Zərif Qayıbov adına 5 nömrəli uşaq musiqi məktəbinin sazçalanlar ansamblı, şagirdləri "Ələsgər gözəlləməsi", “Şirvan Gülü”, “Sarıtorpaq”, “Ceyranım”, “Baş Müxəmməs”, "Paşaköçdü", “Koroğlu cəngisi”ni ifa ediblər.

Xəbər lenti