Logo

ADPU-nun Şəki filialında Rəsulzadənin 140 illiyinə həsr olunan intellektual yarış keçirilib - FOTO

01.03.2024 23:48 202 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyinə həsr olunmuş intellektual yarış keçirilib. 

ADPU-dan "Tehsil.biz"ə bildiriblər ki, filialın Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən İntellektual Oyunlar Klubunun təşkilatçılığı ilə keçirilən yarışda 13 komanda iştirak edib.

Yarışın nəticələrinə görə, birinci yerə “Evers”, ikinci yerə “Berlin”, üçüncü yerə “Manevra” komandaları layiq görülüb.

Qaliblər hədiyyələr və diplomlarla təltif edilib.

Xəbər lenti