Logo

AzTU və Hacettepe Universiteti ömürboyu öyrənmə üzrə əməkdaşlıq edəcək - FOTO

01.03.2024 21:45 146 baxış
IMG

Türkiyədə səfərdə olan AzTU-nun rektoru professor Vilayət Vəliyevin başçılıq etdiyi nümayəndə heyəti martın 1-də Hacettepe Universitetinin rektoru professor Mehmet Cahit Güran və universitetin nümayəndələri ilə görüşüblər.

AzTU-dan "Tehsil.biz"ə bildiriblər ki, görüş çərçivəsində AzTU və Hacettepe Universiteti arasında tədris-tədqiqat, xüsusilə ömürboyu öyrənmə istiqamətində birgə əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Müqaviləyə əsasən, AzTU ömürboyu öyrənmə istiqamətində Hacettepe Universitetinin mövcud təcrübəsindən faydalanacaq və universitetlər hər iki ölkənin əmək bazarında tələb olunan ixtisaslar üzrə davamlı təhsil platforması ərsəyə gətirəcəklər.

Qeyd edək ki, AzTU-nun nümayəndə heyətində beynəlxalq əlaqələr üzrə prorektor Fariz Məmmədov və Ömürboyu Öyrənmə Məktəbinin direktoru Aynurə İsmayılova daxildir.

Xəbər lenti