Logo

Şahbuz mədəniyyət şöbəsinin müdiri vəzifəsindən çıxarılıb

01.03.2024 19:33 204 baxış
IMG

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayon Mədəniyyət Şöbəsinin müdiri vəzifəsindən azad olunub.

Tehsil.biz APA-ya istinadən xəbər verir ki, Naxçıvan MR mədəniyyət naziri vəzifəsinin müvəqqəti icraçısı, nazir müavini Həsən Seyidov Şahbuz Rayon Mədəniyyət Şöbəsinin müdiri Mübariz Əli oğlu Əliyevin işdən azad olunması barədə əmr verib.

Digər əmrə əsasən, Mübariz Əliyev Şahbuz rayon Uşaq Musiqi Məktəbinin direktoru təyin edilib.

Şahbuz Rayon Mədəniyyət Şöbəsinin müdiri vəzifəsinin icrası müvəqqəti olaraq Şöbənin məsləhətçisi Səfərov Elvin Eldəniz oğluna həvalə edilib.

Xəbər lenti