Logo

Gəncədə “Musiqi kimliyimiz” adlı layihənin icrasına başlanılıb - FOTO

01.03.2024 19:14 203 baxış
IMG

Gəncə şəhərində Aşıq Ələsgərə həsr olunmuş “Musiqi kimliyimiz” adlı layihənin icrasına başlanılıb.

Filarmoniyadan "Tehsil.biz"ə bildirilib ki, tədbirdə çıxış edən Gəncə Dövlət Filarmoniyasının direktoru, Əməkdar artist Ramil Qasımov aşıq sənətinə olan dövlət qayğısından söhbət açıb. “Bu layihə Mədəniyyət Nazirliyi Gəncə və Daşkəsən Regional Mədəniyyət İdarəsi, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası, Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə ilk dəfə həyata keçirilir. Azərbaycan Aşıq Sənətinin UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil olması ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərdiyi qayğının nəticəsidir. Aşıq sənəti Azərbaycan folklor sənətinin bünövrəsidir. Müasir dövrümüzün gənclərində aşıq sənətinə bağlılığın olması məqsədəuyğundur. Bu layihə mütəmadi olaraq davam edəcək”, - deyə o əlavə edib.

Gecədə aşıqlar Elbrus Hüseynov və Şöhrət Kərimov “Aşıq Alının Zəngəzur səfəri” dastanını səsləndiriblər.

Xəbər lenti