Martın 3-də Azərbaycan Dövlət Kukla Teatrında “Qoğal” tamaşası növbəti dəfə nümayiş olunacaq.
Tehsil.biz xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Eduard Qaydar, quruluşçu rəssamı Tatyana Melnikova, bəstəkarı Əməkdar incəsənət xadimi Cahangir Zülfüqarovdur.
Rus xalq nağılı əsasında səhnələşdirilən “Qoğal” daha əvvəl azərbaycanlı azyaşlılara təqdim edilsə də, dəvət olunmuş rejissor məşhur nümunəyə fərqli yozum verib, onu tam yeni, musiqi ilə zəngin bir formada, mətn ilə yükləmədən təqdim edib.
Bir saatlıq tamaşada uşaqlar kukla oyununun bütün zərifliklərini usta kuklaçıların ifalarında izləyəcəklər.