Logo

“Ölkəmizin ictimai həyatında gənclərin rolu” adlı tədbir keçirilib - FOTO

01.03.2024 16:55 197 baxış
IMG

Bakı Dövlət Universitetində (BDU) “Ölkəmizin ictimai həyatında gənclərin rolu” adlı tədbir keçirilib.

Universitetdən "Tehsil.biz"ə bildirilib ki, tədbir “BDU könüllüləri” təşkilatının Mexanika-riyaziyyat, Sosial elmlər və psixologiya fakültələri üzrə üzvlərinin təşəbbüsü ilə keçirilib.

Təşkilatın fakültələr üzrə rəhbərləri Nuray Cəfərova və Sevil Nəsirova dövlət gənclər siyasətinin məqsəd və vəzifələrindən, dövlət idarəçiliyində gənclərin rolunun artırılmasından, könüllülük fəaliyyətindən, Vətən müharibəsində gənclərin göstərdiyi qəhrəmanlıqlardan bəhs ediblər. Bildiriblər ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Gənclər cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edir, ölkədə baş verən bütün proseslərin mərkəzində dayanırlar. Gənclərin inkişafının təmin edilməsi istiqamətində aparılan ən yaxşı işlərdən biri könüllülük hərəkatının genişləndirilməsidir. Beş ildir ki, fəaliyyətini uğurla davam etdirən “BDU könüllüləri” təşkilatı da ölkədə müvafiq hərəkata öz töhfələrini verir.

Daha sonra ölkəmizdə gənclər siyasətinin uğurlarını əks etdirən videoçarx izlənilib.

Xəbər lenti