Logo

Fəlsəfə və Sosiologiya İnstitutunda təcrübə keçən tələbələrlə görüş keçirilib

01.03.2024 15:15 153 baxış
IMG

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Siyasətin fəlsəfəsi və sosiologiyası şöbəsində elmi təcrübə keçən Bakı Slavyan Universitetinin Sosial elmlər fakültəsinin Regionşünaslıq (Azərbaycan üzrə) IV kurs tələbələri ilə institutun direktoru f.e.d., professor İlham Məmmədzadənin görüşü olub.

Bu barədə "Tehsil.biz"ə institutdan bildirilib.

Professor İlham Məmmədzadə tələbələrə institutda aparılan elmi tədqiqat işlərindən, alimlərin fəaliyyətindən, burada fəaliyyət göstərmiş və hazırda çalışan filosof alimlər haqqında ətraflı çıxış edərək gənclərə müasir elmi biliklər, milli ideya və azərbaycançılıq ideologiyasının fəlsəfi problemləri, sosial elmlər, identiklik, milli ideya, regionşünaslıq, fəlsəfə və siyasət, fəlsəfə və etika, tarixi yaddaş və s. mövzular haqqında məlumat verib.

Görüşdə Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru Eynulla Mədətli, Siyasətin fəlsəfəsi və sosiologiyası şöbəsinin müdiri f.e.d., professor Rəna Mirzəzadə, institutun elmi katibi f.ü.f.d. dos., Sevinc Həsənova, Heydər Əliyevin siyasi irsi və Azərbaycançılıq fəlsəfəsi şöbəsinin baş elmi işçisi fəlsəfə elmləri doktoru Ziba Ağayeva, universitetin müəlliməsi Mahirə Əzizova və şöbə əməkdaşları f.e.d. Lalə Mövsümova, siyasi elmlər üzrə fəlsəfə doktorları Şahin Bağırov, Davud Həşimov, Etibar Məmmədov, elmi işçi Sevinc Quliyeva, elmi işçi Nailə Əlicanova, Şəfa Əsgərova və Günay Cabarova iştirak ediblər.

Görüşün sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti