Logo

Azərbaycan və Türkiyə alimlərinin birgə apardıqları tədqiqatların nəticələri nüfuzlu jurnalda - FOTO

01.03.2024 11:44 183 baxış
IMG

Elm və Təhsil Nazirliyi akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu, Bakı Dövlət Universiteti və Türkiyənin Bartın Universitetindən bir qrup alimin beynəlxalq səviyyəli əməkdaşlıq çərçivəsində apardıqları müştərək elmi tədqiqatların mühüm nəticələri “Chemistry & Biodiversity” jurnalında dərc olunub.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, məqalə kompüter kimyasının imkanlarından istifadə etməklə β-diketonların yeni azotörəməsinin və onun bəzi metallarla komplekslərinin strukturunun və xassələrinin müfəssəl nəzəri, o cümlədən bioloji fəallığının tədqiqi ilə bağlıdır. Alimlərin araşdırması nəticəsində yeni komplekslərin canlı orqanizmlərdə gedən bir çox patoloji proseslərə qarşı effektiv təsirə malik olduğu aşkarlanıb.

Qeyd edək ki, Q2 kateqoriyalı “Chemistry & Biodiversity” jurnalının “Web of Science” bazasında impakt faktoru 2.9, “Scopus bazasında impakt faktoru 3.9-dur. Jurnal məşhur “Wiley” nəşriyyatında çap edilir.

Xəbər lenti