Logo

Naxçıvan məktəbləri ilk dəfə pilot qrant proqramına qoşulub

01.03.2024 11:00 160 baxış
IMG

Ordubad rayon Dəstə kənd tam orta məktəbində “Alternativ məktəbəqədər təhsil xidmətlərinin təşkili” pilot qrant proqramının açılış tədbiri keçirilib.

Tehsil.biz xəbər verir ki, layihə çərçivəsində Dəstə kənd tam orta məktəbində müxtəlif səbəblərdən məktəbəqədər təhsillə əhatə oluna bilməyən 40 uşağın təhsilə cəlbi təmin olunacaq.

Qeyd edək ki, Naxçıvan məktəbləri ilk dəfədir bu layihəyə qoşulub və 16 qrant layihədən 4-nü muxtar respublikanın ümumtəhsil məktəbləri (Naxçıvan şəhər 10 nömrəli, Şərur şəhər 2 nömrəli, Ordubad rayon Dəstə kənd tam orta məktəbi və Culfa rayon Saltaq kənd tam orta məktəbi) qazanıb.

Xəbər lenti