Logo

“The Bukharian Times” Xocalı faciəsi ilə əlaqədar tədbirdən yazıb

29.02.2024 23:00 164 baxış
IMG

ABŞ-də yaşayan yəhudilərə məxsus “The Bukharian Times” qəzetində Nyu-York şəhərində fəaliyyət göstərən Türk Evində Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı keçirilmiş anım tədbirindən bəhs edən geniş məqalə dərc olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən "Tehsil.biz"ə verilən məlumata görə, məqalədə qeyd edilib ki, müxtəlif icmaların, o cümlədən Buxara-yəhudi icmasının nümayəndələri faciənin 32-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə növbəti dəfə həmrəylik nümayiş etdiriblər.

Tədbirdə ABŞ və Kanada Buxara Yəhudiləri Konqresinin koordinatoru Rafael Nektalov, “The Bukharian Times” qəzetinin baş redaktoru, tanınmış iş adamı və xeyriyyəçi Edvard Yusupovun da iştirak etdiyi bildirilib.

Məqalədə İsrailin “Handa-Handa” teatrının əməkdaşı Hay Davidovun Azərbaycana bağlılığı və azərbaycanlıların tarix boyunca məruz qaldıqları ən böyük faciələrdən olan Xocalı soyqırımı haqqında fikirləri də yer alıb.

Xəbər lenti