Logo

ADNSU-da Elmi Şuranın növbəti iclası keçirilib - FOTO

29.02.2024 21:25 221 baxış
IMG

Fevralın 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın növbəti iclası keçirilib.

Bu barədə "Tehsil.biz"ə ADNSU-dan məlumat verilib.

Bildirilib ki, ənənəvi olaraq ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov əvvəlcə gündəlikdə olan məsələləri şura üzvlərinə elan edib və gündəlik təsdiq olunub.

Gündəliyə uyğun olaraq ADNSU-nun Tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov 2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələri, ADNSU-nun 2024-cü il üçün fəaliyyət planının təsdiqi, Elmi işlər üzrə prorektor, professor Lətafət Qardaşova 2023/2024-cü tədris ilinin magistratura üzrə payız semestrinin imtahan sessiyasının nəticələri barədə hesabat məruzəsi ilə çıxış etdikdən sonra İnformasiya texnologiyaları və idarəetmə fakültəsinin dekanı, dosent Fərid Ağayev fakültənin fəaliyyəti haqqında illik hesabat verib. 

Elmi Şuranın iclasında Elmi katib Nərminə Əliyevanın təqdiamatı əsasında dosent elmi adı verilməsi üçün AAK-a sənədləri göndəriləcək ADNSU-nun iki gənc mütəxəssisi barədə səsvermə təsdiq olunub. Sonra İctimaiyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərov 2024-cü ilin ölkədə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və Azərbaycanın BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının Tərəflər konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi ilə əlaqədar ADNSU-da tədbirlər planının hazırlanması və icra edilməsi üçün işçi qrupunun yaradılması, tərkibi və bu istiqamətdə universitet və tərəfdaş qurumların görəcəyi işlərlə bağlı məlumat verib.  TEC-in sədri Elviz İsmayılovun Start-up və İnnovasiya Mərkəzinin fəaliyyəti haqqında hesabatı dinlənilib. Məruzə edilən hər bir məsələ ilə bağlı şura üzvlərinin irad və təklifləri səsləndirilib, yekdil qərarlar qəbul olunub.

ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov təkrar ali təhsil alan tələbələrin yekun attestasiyası, imtahan sessiyasının nəticələri ilə bağlı tələbələr arasında keçirilmiş sorğu barədə məlumat verdikdən sonra müzakirəyə çıxarılan məsələlərlə bağlı irad və təkliflərini bildirib, görüləcək işlər və qarşıdakı hədəflər haqqında tapşırıqlar verib.

​​​​​​

Xəbər lenti