Logo

Sədərək mədəniyyət şöbəsinin müdiri işdən çıxarılıb

29.02.2024 18:16 154 baxış
IMG

Naxçıvan Muxtar Respublikasının Sədərək rayon Mədəniyyət Şöbəsinin müdiri vəzifəsindən azad edilib.

Tehsil.biz xəbər verir ki, bununla bağlı MR-in mədəniyyət naziri vəzifəsinin müvəqqəti icraçısı, nazir müavini Həsən Seyidov əmr imzalayıb. Əmrə əsasən, Sədərək rayon Mədəniyyət Şöbəsinin müdiri Rəşad Vilayət oğlu İsmayılov işdən azad olunub.

Sədərək rayon Mədəniyyət Şöbəsinin müdiri vəzifəsinin icrası müvəqqəti olaraq Şöbənin məsləhətçisi Seyidov Məhəmməd Eldar oğluna həvalə edilib.

Xəbər lenti