Logo

Bakı Musiqi Akademiyasında “Nəsillərin birliyi” adlı konsert olub

29.02.2024 17:42 199 baxış
IMG

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) “Nəsillərin birliyi” adlı konsert olub.

Akademiyadan "Tehsil.biz"ə bildirilib ki, tədbirdə Əməkdar artistlər Fəridə Məmmədova, İlham Nəzərov və BMA-nın baş müəllimi Yuliya Kərimovanın tələbələri çıxış ediblər.

Proqramda İ.S.Bax, V.A.Motsart, L.Bethoven, E.Qriq, S.Raxmaninov və G.Abdullazadənin əsərləri istər vokal ifaçıları, istərsə də pianoçular tərəfindən böyük peşəkarlıqla səsləndirilib.

Fərqli musiqi nümunələrinin müəllimlər tərəfindən ifası konsertə xüsusi rəng qatıb.

Xəbər lenti