Logo

“Rus bölmələrində Azərbaycan dilində tədris olunan fənlərin sayı artırılmalıdır"

29.02.2024 16:55 223 baxış
IMG

"Rus bölməsində təhsil almaq heç kimə Azərbaycan dilini öyrənməmək kimi sərbəstlik vermir".

Tehsil.biz xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 29-da keçirilən brifinqdə deyib.

Nazir bildirib ki, rus bölmələrində Azərbaycan dilinin tədrisi keyfiyyətini artırmaq əsas prioritetlərdən biridir:

“Rus bölmələrində Azərbaycan dilində tədris olunan fənlərin sayı artırılmalıdır. Hazırda çağırışaqədərki hazırlıq fənni rus bölməsində Azərbaycan dilində tədris olunur”

Xəbər lenti