"Naxçıvan Universitetinin bağlanması ilə bağlı nazirliyə müraciət olunub".
Tehsil.biz xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 29-da keçirdiyi brifinqdə deyib.
Nazir bildirib ki, orada təhsil alan 4-cü kurs tələbələri bu il məzun olacaqlar.
"Aşağı kurslarda təhsil alan tələbələr növbəti tədris ilindən balına uyğun olaraq digər ali təhsil müəssisələrinə yerləşdiriləcəklər", - Emin Əmrullayev qeyd edib.
Kənan Nağıbəyli