"Yaxın 5 ildə Qarabağ Universitetində tələbə sayının 5 min nəfərə çatdırılması planlaşdırılır".
Tehsil.biz xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 29-da keçirdiyi brifinqdə deyib.
Nazir bildirib ki, 6 fakültə (pedaqoji, mühəndilik, iqtisadiyyat, incəsənət, humanitar və sosial, beynəlxalq münasibətlər) üzrə yeni tədris ilində ilkin mərhələdə 1 000 tələbə qəbulu olacaq:
E.Əmrullayev əməkhaqqının orta göstəricidən artıq olmasının nəzərdə tutulduğunu deyib:
"Bütün vakansiyalar barədə elan veriləcək. Xankəndi, Şuşa və Ağdamdan olan alimlərlə görüş keçirməyi düşünürük. Azərbaycandan kənarda yaşayan mütəxəssislərin də orada görməyi çox istəyirik".
Kənan Nağıbəyli