"Bu günə qədər ölkə üzrə 140 min təhsilverənin 40 min nəfəri sertifikatlaşdırılma prosesinə cəlb olunub".
Tehsil.biz xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 29-da keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, sertifikatlaşdırılma nəticələrinə əsasən, 24 min təhsilverənin əməkhaqqısına 10 %, 8 min təhsilverənin əməkhaqqısına isə 35 % əlavə edilib:
"2026-ci ilə qədər sertifikatlaşdırılma çərçivəsində müəllimlərin əməkhaqlarına əlavələr üçün büdcədə ümumilikdə 500 milyon manat vəsatin ayrılması nəzərdə tutulub".
Mərcanə Əsədova