Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin təşkilatçılığı ilə keçirilən “Muzeydə musiqi” layihəsi çərçivəsində fevralın 28-də muzeydə növbəti konsert keçirilib.
Nazirlikdən "Tehsil.biz"ə verilən məlumata görə, “Milli musiqi gecəsi” adlı konsert proqramı Beynəlxalq Muğam Mərkəzi tərəfindən Əməkdar artist Sevinc Sarıyeva, xanəndələr Elgiz Əliyev, Murad Laçın, Səbinə Ərəbli, Günay İmamverdiyevanın iştirakı ilə təqdim olunub.
Xanəndələri tarda Rüstəm Müslümov, kamançada Elnur Salahov, balabanda Rəfael Əsgərov, qanun ifaçısı Məhta Məhəmmədəlizadə, nağarada Siyavuş Kərimov müşayiət ediblər.
Böyük maraqla qarşılanan konsert proqramı, həmçinin "Salam, Novruz!" sərgisində nümayiş etdirilən milli musiqi alətləri təsvir olunmuş əsərlər haqqında tematik ekskursiya ilə müşayiət olunub.