Logo

İmtahan nəticələri açıqlanıb

29.02.2024 14:19 159 baxış
IMG

Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə 2024-cü il fevralın 18-də (o cümlədən informatika və coğrafiya fənni üzrə fevralın 11-də) keçirilən sınaq imtahanının nəticələri elan edilib.

Bu barədə "Tehsil.biz"ə Dövlət İmtahan Mərkəzindən bildirilib.

Hər bir abituriyent DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının (vərəqinin) qrafik təsviri ilə tanış ola bilər.

Abituriyentlər imtahan nəticələri barədə məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Xəbər lenti