Logo

ATU alimlərinin birgə işi nüfuzlu xarici jurnalda dərc edilib

07.04.2021 15:07 374 baxış
IMG

ATU-nun bir neçə kafedrasının əməkdaşlarının birgə elmi işinin nəticələri nüfuzlu jurnalda dərc edilib. Alimlərin əldə etdiyi nəticələr Scopus indeksləmə bazasına daxil olan “Химия растительного сырья” jurnalında çap olunub.

 

“Изучение состава эфирного масла Achillea nobilis L. и его антибактериальное влияние на изменение ультраструктуры клеток Staphylococcus aureus” mövzusu üzrə araşdırma ATU-nun Farmakoqnoziya kafedrasının professoru Yusif Kərimov, baş müəllimi Elvin Kərimli, Histologiya, embriologiya və sitologiya kafedrasının müdiri, professor Eldar Qasımov, assistent Səbinə İsrafilova, Tibbi mikrobiologiya və immunologiya kafedrasının baş müəllimi Sevda Muradova və ETM-in Elektron Mikroskopiya şöbəsinin əməkdaşı b.e.i. Fuad  Rzayevdən ibarət müvəqqəti kollektiv tərəfindən aparılıb.

 

Qeyd edək ki, ilk dəfə olaraq Azərbaycan ərazisində geniş yayılan Achillea nobilis L. bitkisindən alınan efir yağının kimyəvi tərkibi müasir üsullarla öyrənilib. Bundan əlavə, əldə olunan efir yağının bioloji aktivliyini müəyyən etmək məqsədilə həmin maddə Staphylococcus aureus bakteriyasına qarşı istifadə olunmuş və Transmission Elektron Mikroskop (TEM) vasitəsilə mikroorqanizmlərin ultrastrukturunda baş verən dəyişikliklər təsvir olunmuş və inkişaf etmiş ölkələrin müasir molekulyar bilogiya mərkəzlərində  əldə olunmuş məlumatlarla müqayisəli təhlil olunub.

 

 Elmi məqalə ilə aşağıdakı linkdən tanış olmaq mümkündür:

 

http://journal.asu.ru/cw/article/view/7446

Xəbər lenti