Logo

BSU-nun magistrantı "Özbəkistanın gənc filologiyası - 2024" konfransında iştirak edib - FOTO

29.02.2024 12:28 161 baxış
IMG

Bakı Slavyan Universitetinin (BSU) magistrantı Şəhla Muradzadə Özbəkistan Milli Universitetində "Özbəkistanın gənc filologiyası - 2024" respublika elmi-praktiki konfransında "A.P.Çexovun “İoniç” hekayesində mənəvi dəyərlər" adlı məruzə ilə çıxış edib. 

BSU-dan "Tehsil.biz"ə verilən məlumata görə,, məruzə konfrans iştirakçıları tərəfindən yüksək qiymətləndirilib. Şəhla Muradzadə konfransın təşkilat komitəsi tərəfindən sertifikatla təltif olunub.

Qeyd edək ki, BSU-nun bir qrup tələbəsi Özbəkistanda 1 aylıq müddətində təcrübə keçir. İstehsalat təcrübəsi BSU ilə Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin 2023-cü ildə akademik heyət və tələbələr arasında mübadilə haqqında əldə edilmiş razılaşmasına uyğun olaraq həyata keçirilir.

Xəbər lenti