"Bu il Elm və Təhsil Nazirliyinin tabeliyində olan univeristetlərin inkişafı və reytinq məsələsində irəliləyiş əldə etmək üçün 8 milyon manatın ayrılmasını artıq təmin etmişik".
Tehsil.biz xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev AMEA-nın Ümumi yığıncağında çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, Azərbaycanda elmə ayrılan maliyyə çox azdır.
"Birdən-birə maliyyə ayrılmaqla da qısa müddətdə yaxşı nəticə əldə etmək çətindir", - elm və təhsil naziri qeyd edib.
Kənan Nağıbəyli