Logo

Bakıda NATO-nun Birgə Qüvvələr Komandanlığı tərəfindən “Hərbi tibb kursu” davam edir

29.02.2024 11:47 195 baxış
IMG

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2024-cü il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən, Brunssum Birgə Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən hərbi həkimlərin iştirakı ilə “Hərbi tibb kursu” davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Tehsil.biz"ə verilən məlumata görə, Milli Müdafiə Universitetində keçirilən kursda iştirakçılara mobil təlim qrupu tərəfindən “NATO-nun tibbi dəstəyi”, “Hərbi tibbi planlaşdırma” və “Tibbi təxliyənin planlaşdırma”sı və digər mövzularda məruzələr təqdim olunur.

Cari il mart ayının 1-dək davam edəcək kursun keçirilməsində əsas məqsəd tibb ixtisaslı hərbi qulluqçuların üzərinə düşən tibbi təminat tapşırıqlarının dövrün tələbləri çərçivəsində qurulmasını təmin etmək, eləcə də hərbi tibb sahəsində yeniliklərin tətbiqini sürətləndirməkdir.

Xəbər lenti