Fevralın 28-də AMEA-nın Rəyasət Heyətinin binasında “Azərbaycan Milli Elmlər Akademiyası və Türkiyə Elmi və Texnoloji Araşdırmalar Şurası (TÜBİTAK): əlaqələndirmə imkanları və gələcəyə baxış” mövzusunda tədbir keçirilib.
Bu barədə "Tehsil.biz"ə AMEA-dan məlumat verilib.
Tədbir çərçivəsində AMEA ilə TÜBİTAK arasında arasında Əməkdaşlıq memorandumu imzalanıb.
Sənədi AMEA-nın prezidenti akademik İsa Həbibbəyli və TÜBİTAK başqanı professor Hasan Mandal imzalayıblar.