Logo

Karyera bələdçilərinin bacarıqlarının təkmilləşdirilməsi ilə bağlı təlim keçirilib - FOTO

28.02.2024 20:33 371 baxış
IMG

Azərbaycan Respublikasının Təhsil İnstitutunun benefisiar olduğu və Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda təhsil sisteminin dayanıqlılığının gücləndirilməsi və AzMKÇ 5-ci səviyyə kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək” adlı texniki yardım layihəsi çərçivəsində “Karyera bələdçilərinin bacarıqlarının təkmilləşdirilməsi” ilə bağlı təlimlərə başlanılıb.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, təlimlərin keçirilməsində əsas məqsəd ölkədə karyera bələdçiliyinin təkmilləşdirilməsinə dair dəstək mexanizmlərinin həyata keçirilməsidir. Layihənin eksperti Şahinaz Xəlil tərəfindən aparılan təlimin iştirakçıları interaktiv təlim metodları, oyunlar, qrup işləri və qarşılıqlı öyrənmə çərçivəsində ilkin praktiki səriştələr əldə edəcəklər. Təlimlərə 21 nəfər cəlb edilib.

Təlimlərin martın 1-dək davam etməsi planlaşdırılır.

Xəbər lenti