Logo

ATMU-da təlimləri uğurla başa vuran iştirakçılar sertifikatlarla təltif olunublar

28.02.2024 20:16 149 baxış
IMG

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 2023/2024-cü tədris ilinin yaz semestrinin əvvəlində Elm, innovasiya və tədris metodiki şöbənin əməkdaşları tərəfindən təşkil olunan silsilə təlimlərə yekun vurulub.

ATMU-dan "Tehsil.biz"ə bildirilib ki, təlimlər universitetdə elmi-tədqiqat və tədris işinin təşkili prosesində əməkdaşların bilik, bacarıq və səriştələrinin artırılması və müvafiq sahələr çərçivəsində keyfiyyət dinamikasının yüksəldilməsi məqsədi daşıyıb.

“Elmi-tədqiqat işinin planlaşdırılması və təşkili”, həmçinin “Tədris işinin planlaşdırılması və təşkili” mövzularına həsr edilən təlimlərin sonunda təlimçilər, habelə tam kursu uğurla başa vuran iştirakçılar sertifikatlarla təltif olunublar.

Xəbər lenti