Logo

“Kuratorluq fəaliyyəti ilə məşğul olan şəxslər üçün mentorluq” mövzusunda təlim təşkil edilib

28.02.2024 15:32 207 baxış
IMG

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası ilə əlaqədar 27-28 fevral 2024-cü il tarixlərində Dövlət İmtahan Mərkəzinin inzibati binasında təlimçi Anar Həsənov tərəfindən mərkəzi icra hakimiyyəti orqanlarında mentorluq və kuratorluq fəaliyyətini həyata keçirən dövlət qulluqçuları üçün “Kuratorluq fəaliyyəti ilə məşğul olan şəxslər üçün mentorluq” mövzusunda təlim keçirilib.

Bu barədə "Tehsil.biz"ə DİM-dən bildirilib.

Təlim zamanı iştirakçılar yeni kadrların hazırlanması, təcrübə bölgüsü və davamçıların yetişdirilməsi mövzularında nəzəri və praktiki biliklərə yiyələniblər.

Xəbər lenti