Logo

WorldSkills Azerbaijan təcrübə proqramı elan edir

07.04.2021 14:16 71 baxış
IMG

WorldSkills Azerbaijan platforması ali təhsil müəssisələrinin III-IV kurs tələbələri və məzunları üçün təcrübə proqramı həyata keçirir. Üç ay davam edəcək proqram müddətində təcrübəçi bacarıq yarışlarının təşkil olunmasına, eləcə də layihələrin idarə edilməsinə və kommunikasiya işlərinə dəstək verəcək. Təcrübə proqramı ödənişlidir.Qeyd edək ki, WorldSkills Azerbaijan peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır.

 

       Bu platforma gənclərə dünyanın ən nüfuzlu bacarıq olimpiyadasında iştirak etmək və Azərbaycanı beynəlxalq müstəvidə təmsil etmək imkanı yaradır.

 

       Təcrübə proqramı haqqında daha ətraflı məlumat əldə və müraciət qaydaları ilə tanış olmaq üçün bu keçidə daxil olmağınız xahiş olunur.

Xəbər lenti