Logo

BDU əməkdaşlarının monoqrafiyası “Amazon” platformasında 6 dildə satışa təqdim edilib

28.02.2024 10:38 174 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin dosenti Pərviz Kazımi və fakültənin doktorantı Aysel Həsənovanın birgə müəllifi olduqları “Səfəvilər dövründə Azərbaycanda kitab və kitabxana mədəniyyəti” adlı monoqrafiya 2024-cü ilin yanvar ayından başlayaraq “Amazon” platformasında dünyanın aparıcı altı dilində satışa təqdim edilib.

BDU-dan "Tehsil.biz"ə bildirilib ki, monoqrafiyada Səfəvilər dövründə Azərbaycanda kitab və kitabxana mədəniyyəti sahəsində aparılan islahatlar, dövlətin kitabçılıq işinə, kitabxana mədəniyyətinə münasibəti, eyni zamanda, Azərbaycanda kitabçılıq sənətinin tarixi inkişafına, kitabxanaçı peşəsinə, zəngin kitab fondlarının və onların multikultural repertuarının öyrənilməsinə dair elmi mülahizələr öz əksini tapıb.

Əsərdə orta əsrlər əlyazma kitab mirasının öyrənilməsi, qiymətləndirilməsi və yayılmasına dair ciddi tədqiqatlar aparılıb, həmçinin son tarixi mərhələlərdə kitab ticarəti və kitabxana mədəniyyəti sahəsində ənənələrin qorunub saxlanması kimi problemlər öyrənilib.

Xəbər lenti