Logo

BMU-da süni intellekt erasına keçidlə bağlı seminar keçirilib

27.02.2024 21:50 162 baxış
IMG

Bakı Mühəndislik Universitetində (BMU) “Süni intellekt erası: kainat maliyyəsi və ya planetlərarası maliyyə elminin təməli” mövzusunda elmi-metodiki seminar keçirilib.

Tehsil.biz xəbər verir ki, universitetin İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Nəsimi Kamalov elmi seminar və təlimlərin təşkilinin əhəmiyyəti, bu tədbirlərdə səsləndirilən elmi mövzuların aktuallığı, auditoriya üçün böyük maraq kəsb etməsi ilə bağlı fikirlərini bildirib.

İqtisad elmləri doktoru, professor Saleh Məmmədov mövzu üzrə geniş məruzə ilə çıxış edib. Natiq süni intellektlə kainat maliyyəsi arasında əlaqə, planetlərarası maliyyə elminin təməlinin qoyulması, süni intellekt erasının başlanması, dünyanın inkişafının müasir meyillərini izah edib. Məruzədə süni intellektin rolu, kosmos tədqiqatı, dövlətlərin kosmosun mənimsənilməsinə sərf etdikləri xərclər, süni intellekt erasının yaranmasını sürətləndirən başlıca amillər, texnoloji proseslər, o cümlədən ilk süni intellekt proqramı kimi aktual məsələlərə də toxunulub.

Tədbirdə məruzədə qaldırılan problemlərlə bağlı geniş fikir mübadiləsi aparılıb, seminar iştirakçılarının sualları cavablandırılıb.

Xəbər lenti