Logo

Rəsədxana əməkdaşı Çexiyada elmi ezamiyyətdədir - FOTO

27.02.2024 19:58 148 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Ulduz atmosferləri fizikası və maqnetizm şöbəsinin elmi işçisi Aynur Abdulkərimova Çex Respublikasının Astronomiya İnstitutunun dəvəti ilə birgə elmi tədqiqat işləri aparmaq üçün Ondrejov Rəsədxanasında elmi ezamiyyətdədir.

Bu barədə "Tehsil.biz"ə rəsədxanadan bildirilib.

Səfər müddətində CMFGEN kodu üçün son yeniliklərin tətbiqi, Üçbucaq (M33) qalaktikasında seçilmiş WN3 ardıcıllığına aid Volf-Raye (WR)  ulduzları üçün sintetik spektrlərin alınması üçün modelləşdirmə, alınmış model hesablamalarından bu ulduzların fiziki parametrlərinin təyini nəzərdə tutulub. Əlavə olaraq, səfər zamanı metallikliyin Volf-Raye ulduzlarının yaranmasında onların parametrlərinə təsirinin araşdırılması, ulduz spektrlərinin daha yeni üsullarla emalı, dissertasiya mövzusu üzərində işləmək,  proqram təminatında yenilənmələr  və digər məsələlərə baxılması planlaşdırılır.

Qeyd edək ki, bu, əməkdaşımızın ikinci belə elmi səfəridir. İlk səfərdə J010904.83+329355.6 obyekti birgə araşdırılmış və alınmış nəticələr “Monthly Notices of the Royal Astronomical Society”  jurnalında çap olunmuşdur. Ezamiyyə “Ekstremal Massiv ulduzların Fizikası” adlı, “Mariya-Sklodovskaya-Küri” qrant layihəsi çərçivəsində Avropa İttifaqının Tədqiqat və İnnovasiya Proqramı – “Horizon 2020” tərəfindən maliyyələşdirilib.

Xəbər lenti