Logo

"Eşqi Bağırov kimiləri dövlətin və xalqın məsuliyyətini hələ dərk etmirlər" - ŞİKAYƏT

07.04.2021 13:50 305 baxış
IMG

Şair, jurnalist, prezident  mükafatçısı İlham Həsənovun "Tehsil.biz" redaksiyasına göndərdiyi şikayət məktubunu olduğu kimi təqdim edirik:

 

"2019-cu ildə Gəncədə orta məktəblərin rus bölməsində yer olmadığına görə oğlum Əmirov Elşad Elnur oğlunun sənədlərini aparıb ki, Göygöl 1 nömrəli  orta məktəbin rus bölməsinin 1-ci sinfinə getsin. İki aydan sonra Gəncə şəhər 30 nömrəli tam orta məktəbin rus bölməsinə yerdəyişmə edərəm. İki aydan sonra məlum oldu ki, sən demə, Göygöl rayon 1 nömrəli  məktəbin direktoru Rəşad Zülfüqarov oğlum Əmirov Elşad Elnur oğlunun sənədlərini Azərbaycan bölməsinə götürüb.Oğlum Əmirov Elşad Elnur oğlunun özü rus sektorunda oxuyur. 2 ildir ki, məni get-gələ salır. Bu haqda Təhsil Nazirliyinə müraciət elədim, heç bir nəticə olmadı.Bundan əlavə, oğlum Əmirov Elşad Elnur oğlu "Student təhsil mərkəzi"ndə rus dilindən hazırlığa gedir. Dərdimizi kimə deyək? Dinləyən yox, eşidən yox...

 

Bir bəstəkar kimi cənab prezidentdən kömək istəyirəm ki, mənim oğlumu Gəncə şəhəri 30 nömrəli məktəbin rus sektoruna yerdəyişmə etməsində köməklik edəsiniz. Cənab Prezidentə yazdığım məktub:

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə 


Çox hörmətli prezident, bu, mənim sizə Təhsil nazirliyində öz başnalıqlar barədə 8 ci müraciətimdir. Artıq bu müraciəti bir jurnalist kimi yazıram. Cənab prezident, 26 fevral 2021-ci ildə sizin Xocalı ilə bağlı jurnalistlərə verdiyiniz dolğun və məzmunlu cavablarımız təkcə Azərbaycanı yox, bütün dünyanı silkələdi. Mən fikirləşirəm ki, Emin Əmrullayev kimi məmurlar sizin bu çıxışınızdan sonra özlərində bir məsuliyyət hiss edərlər. Prezident aparatında Süleyman İsmayılov, Təhsil nazirliyində Eşqi Bağırov, Muxtar Məmmədov kimiləri dövlətin və xalqın məsuliyyətini hələ dərk eləmirlər. Məni bir sual maraqlandırır, artıq iki aydır ki, Gəncə şəhərindən iki Əməkdar müəllim - İlham Həsənov və Valeh Hüseynov haray çəkib şivən qoparırlar. Ah çəkib fəryad edirlər. Amma Emin Əmrullayevin rəhbərlik etdiyi bu komanda üzvləri bunlara Əhəmiyyət vermir. Bu gün bütün Azərbaycan mətbuatı bu işi ictimaləşdirib. Çünki hamını bir sual maraqlandırır. Niyə bu iki əməkdar müəllimi, məktəb direktorlarını düşünülmüş formada, ciddi karantin dövründə 65 yaşlarına görə işdən çıxardıb, amma Gəncə 3 cür məktəb direktoru Bəhrəm İmranova işdən çıxartmaqla və respublikada 150-200 məktəb direktorlarını işdə saxlayıblar. Bu nə deməkdir? Bu niyə belə olur? Emin Əmrullayev düşünməlidir ki, bu niyələrin cavabını bir gün cənab prezident ondan soruşacaq. Mən imkan vermərəm ki, kimsə cənab prezidenti aldatsın, ona yalan danışsın. Bu baxımdan Emin Əmrullayevin məqsədi və məramını başa düşə bilmirəm. Bəlkə bu adam Eşqi Bağırovdan qorxur. Onu da deyə bilmərəm. Çünki deyilən sözü bu qulağından alır, o biri qulağından buraxır. Nəticədə belə fikirləşirəm ki, Emin Əmrullayev mətbuatın gözündən yayına bilməyəcək. İlham müəllimlə Valeh müəllimin Ədalətli işini həll etməyincə xalqın qınağından yaxa qurtara bilmiyəcəkdi. Yəqin ki, bu yazıdan sonra Təhsil nazirliyi Eşqi Bağırov barədə öz kəsərli sözünü deyəcək. Hər iki əməkdar müəllimin haqq sözünü eşidəcəklər.

 

Hörmətlə. Şair-jurnalist, prezident  mükafatçısı İlham Həsənov.

 

050-333-40-27"

 

Qeyd: Qarşı tərəflərin mövqe bildirməsini gözləyirik!

Xəbər lenti