Logo

Beynəlxalq olimpiadada Azərbaycanı təmsil edəcək şagirdlərin adları açıqlanıb

27.02.2024 13:02 174 baxış
IMG

58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında Azərbaycanı təmsil edəcək komanda üzvləri müəyyən olunub.

Təhsil İnstitutundan "Tehsil.biz"ə bildirilib ki, Kimya-biologiya təmayüllü respublika liseyinin X sinif şagirdləri Ümid Mustafazadə və Murad Xəlilzadə, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin X sinif şagirdi Rizvan Əsədov və XI sinif şagirdi Nihad Hacızadə olimpiadada ölkəmizi təmsil edəcəklər. Olimpiadaya hazırlıq dərsləri davam edir.

Qeyd edək ki, milli komanda üzvləri institutun Təhsil Texnologiyaları Mərkəzində keçirilən imtahanın nəticələrinə görə seçiliblər.

Xəbər lenti