Logo

DİM buraxılış imtahanı verəcək şagirdlərə müraciət edib

27.02.2024 12:16 175 baxış
IMG

Tam orta və ümumi orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarında hər fənn üzrə müəyyən sayda tapşırıq yazı işi (ətraflı həll və ya cavab yazılması tələb olunan) tapşırıqlarıdır.

Tehsil.biz xəbər verir ki, Dövlət İmtahan Mərkəzi (DİM) qarşıdan gələn bu imtahanlarda şagirdlərin daha rahat və effektiv nəticə əldə etməyinə faydalı ola biləcək bir neçə tövsiyəni diqqətə çatdırıb.

DİM-in tövsiyələrini təqdim edirik:

- Şagird imtahana gələrkən buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini və tünd-göy (və ya qara) rəngdə yazan diyircəkli qələm gətirməyi unutmamalıdır;

- İmtahana buraxılış vərəqəsiində göstərilən vaxtdan gec olmayaraq imtahan binasına gəlmək lazımdır;

- İmtahana telefon, planşet, qulaqlıq, çanta, kitab, dəftər, hesablama maşını (kalkulyator), şparqalka, alışqan və digər əlavə vəsaitlər (ləvazimatlar) gətirmək qadağandır;

- İmtahan zalında buraxılış vərəqəsində göstərilən yerdə əyləşmək lazımdır;

- İmtahan zalında imtahan qaydalarına və sakitliyə tam riayət edilməlidir lazımdır;

- Zal nəzarətçisinin şagirdə verdiyi cavab vərəqində və sual kitabçasında yazılmış məlumatların ona aid olduğunu dəqiqləşdirmək, uyğunsuzluq olduqda dərhal nəzarətçiyə bu barədə məlumat verilməlidir;

- Sual kitabçasını və cavab vərəqini qatlayıb əzmək, orada lazımsız qeydlər etmək olmaz;

- Sual kitabçasında yazılmış qeydlər hüquqi əsasa malik deyil. Şagirdin topladığı bal hesablanarkən yalnız cavab vərəqindəki və cavab kartındakı cavablar nəzərə alınır.

- Cavab kartında təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) apellyasiya müraciətləri zamanı baxılmayacaq.

- İmtahanda köçürmək və digər şagirdlərin köçürməsinə şarait yaratmaq qəti qadağandır. İmtahanın nəticələri emal olunarkən belə hal aşkarlanarsa, həmin şagirdlərin nəticələri ləğv ediləcək;

- Yazı işi tünd-göy və ya qara rəngli diyircəkli qələmlə səliqəli və oxunaqlı xətlə yazılmalıdır;

Həmçinin Azərbaycan dili, rus dili, riyaziyyat, xarici dil fənlərindən tövsiyələr DİM-in saytında yerləşdirilib.

Xəbər lenti