AMEA-nın Qafqazşünaslıq İnstitutunda elmi seminar keçirilib.
Bu barədə "Tehsil.biz"ə institutdan məlumat verilib.
Elmi seminarı giriş sözü ilə institutun direktoru AMEA-nın müxbir üzvü Musa Qasımlı açıb. İnstitutun Ermənişünaslıq şöbəsinin kiçik elmi işçisi Xuraman Hüseynova “Ermənistan ordusunda vəziyyət” mövzusunda məruzə edib. Məruzəçiyə suallar verilib və müzakirələr aparılıb.